Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azər Türk Bank”dan fərdi sahibkarlar üçün sərfəli kredit kartı

Baxış: 412
Dövlət bankı “Azər Türk Bank” ASC kiçik və orta sahibkarlıq subyektlərinin bankın təqdim etdiyi məhsullara, o cümlədən maliyyəşməyə çıxışını daha da sadələşdirmək üçün yeni “Sahibkar” kredit kartı layihəsinin gerçəkləşdirilməsinə qərar verib.
Layihənin məqsədi fərdi sahibkarlara onlara təklif olunan “Sahibkar” kredit kartı vasitəsilə güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xəttinin təqdim edilməsindən ibarətdir.
Qeyd edək ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti sahibkarın aylıq gəlirinin 80%-i həcmində, maksimal məbləğ beş min manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.|
“Azər Türk Bank”ın “Sahibkar” kredit kartını əldə etmək üçün bankın istənilən xidmət ofisinə gələrək, yaxud bankın veb-səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.
Daha ətraflı məlumatı https://www.atb.az/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.