Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“İkinci əl” avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Baxış: 108
“İkinci əl” avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ


Son günlər həm ölkəmizdə güclü yağışlar yağıb. Nəticədə bir sıra avtomobilləri su basıb.

Maraqlıdır ki, belə subasmalardan sonra bazara daha çox “ikinci əl” avtomobillər çıxarılır. Halbuki subasmış avtomobilləri almaq o qədər də məqsədəuyğun hesab edilmir.

Bəs, suda batmış avtomobili necə ayırd etmək olar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Pərviz Əliyev subasmış avtomobili müəyyən etməyin bir neçə yolu olduğunu deyib:

“Avtomobilin su altında qaldığını müəyyən etmək üçün ilk növbədə salonda və yük yerindəki örtükləri qaldırıb altına diqqətlə baxmaq lazımdır. Əgər hər hansı pas izi müəyyən edilsə, o zaman həmin avtomobilin su altında qaldığını söyləmək olar. Belə avtomobillər çürüməyə daha çox meyilli olur”.

Müsahibimiz onu da əlavə edib ki, bəzi hallarda subasma o qədər də təhlükəli deyil:

“Məsələn bu gün avtomobili su basıbsa sabah onu çıxarıb, tamamilə sökərək fəsadları anındaca aradan qaldırmaq olar. Əsas odur ki, su dəymiş hissələr peşəkarcasına və səliqəli şəkildə qurudulsun. Subasma əsasən avtomobilin “kuza” hissəsinə xətər yetirə bilir. Sürətlər qutusu və motor çox nadir halda zərər görmüş olur. Belə zərəri isə istənilən avtomobil həvəskarı müəyyən edə bilir. Amma ayaqaltılarının və yük yerinin su basmasını müəyyən etmək bir qədər çətindir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.