Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2026–2028-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb

Baxış: 117


Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.

Sahibkartv.az xəbər verir ki, Sənədi Baş nazir Əli Əsədov, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıb.

Baş Kollektiv Saziş Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və ölkə qanunvericiliyinə əsaslanaraq, 2026-2028-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edir. Sazişin mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://ask.org.az/wp-content/uploads/2026/05/Bas-Kollektiv-Sazis.pdf​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.