Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB

Baxış: 90
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB


Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiyalarda artım dinamikası davam edir.

"Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - məlumatda deyilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.