Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO

Baxış: 108
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO


Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.

Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedici sənədləri olmayıb və yararlılıq müddəti bitib.


Bu isə bir sual yaradır: saxta kürü nədir və onun insan sağlamlığı üçün hansı zərərləri var?

"Qida eksperti Ağa Salamov Baku TV-yə bildirib ki, kürü növləri bir-birindən fərqlənir: "Məsələn, alginatdan hazırlanan kürülər var. Bunlar təhlükəli hesab olunmur. Alginat dəniz yosunundan əldə edilən maddədir. Maye formasında olur və onun içinə damcı şəklində müxtəlif əlavələr, məsələn, şirələr əlavə etməklə kürü əldə etmək mümkündür. Bu məhsullar əsasən veqanlar üçün nəzərdə tutulur və ucuz sayılmır. Çünki alginatın özü kifayət qədər bahalı məhsuldur.

Təbii kürünü ayırd etməyin yolları da var. Təbii kürü ağızda asanlıqla partlayır və dəniz dadı hiss olunur. Jelatindən hazırlanan süni kürülər isə elastik olur, ağızda gec partlayır. Nəzərə almaq lazımdır ki, belə məhsulların tərkibində süni qida boyaları və konservantlar olur. Bu isə insan orqanizmində müxtəlif fəsadlara səbəb ola bilər".




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.