Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə

Baxış: 630
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə


"İqtisadi artımda, məşğulluqda özəl sektorun payının artırılması davamlı inkişafda mühüm rol oynayır. Bu baxımdan cari ildə də özəl sektorun inkişafının dəstəklənməsi diqqət mərkəzində saxlanılıb. Dövlət-özəl tərəfdaşlığı, investisiya təşviqi mexanizmi, güzəştli kreditlər, sənaye zonaları, vergi və gömrük güzəştləri kimi alətlərlə sahibkarlığın inkişafı dəstəklənib".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə, qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verib:

"Məhz bu təcrübə əsasında bu il yeni dəstək alətləri tətbiq edilməyə başlanılıb: Bakı və Abşerondan kənarda sahibkar kreditləri üzrə faizin yarısını dövlət ödəyir, kredit zəmanəti limiti 20%-dən 50%-ə qaldırılıb, 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.

Ələt Azad İqtisadi Zonasının məhsulları isə gələn ildən daxili bazara gömrük rüsumu olmadan çıxacaq. Bu il zonanın infrastrukturuna 149 milyon manat ayrılıb və zona investisiya, istehsal və ixracın əlaqələndirildiyi platforma kimi inkişaf etdirilir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.