Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu

Baxış: 153
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu


Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.

Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”.

General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, hazırda prokurorluqda ifadə verir.

Qeyd edək ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.