Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO

Baxış: 108
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO


Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Söhbət paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Alp Delux" şadlıq sarayından gedir.

Baku TV məsələnin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün restoran rəhbərliyi ilə əlaqə saxlayıb. Müəssisənin inzibatçısı Amil Quliyev ittihamlara belə aydınlıq gətirib:

"Biz gündəlik fəaliyyət göstərən toy məkanıyıq və yayılan xəbərlər rəhbərliyi ciddi narahat edir. Bizdə əsasən quzu ətindən istifadə olunur, quzular isə tamamilə yerli məhsullardır. Mal ətindən yalnız basdırma hazırlanan zaman istifadə edilir. Mətbəximiz hər kəs üçün açıqdır. Şadlıq sarayımız cəmi 6 ay öncə təmirdən çıxıb. Toy sahibləri də narahat olub bizə zəng edirlər".

İnzibatçı həmçinin yayılan fotoların onlara aid olmadığını iddia edib:

"O şəkillər bizim restoranda çəkilməyib. Bizə gələn bütün ət məhsulları rəsmi şəkildə möhürlənmiş formadadır. Həmin görüntülərdəki ətlər bizə aid deyil", - deyə o vurğulayıb.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.