
Bu gün təkcə Azərbaycanda deyil, dünyada xanımların iş adamı kimi tanınması çətin yollardan keçir. Ölkəmizdə də iş adamı olan xanımlara rast gəlsək də, onların sayı çox deyil.
Onların əksəriyyəti bu gün böyük zəhmət hesabına özünü tanıda bilir, işlər görməyə çalışır.
Onlardan biri də “Fohow” şirkətinin Qafqaz bölgəsi üzrə ilk 7 karat briliant xanımı olan Tağıyeva Nuranə Bəylər qızıdır. Bu gün isə o özünə yubiley edir. Xanım iş adamının 55 yaşı tamam olur.
Nuranə Tağıyeva Qafqaz bölgəsində şirkətin ən tanınmış simalarından biridir. Onun Azərbaycanın demək olar ki, bütün regionlarında ofisləri var və şirkəti layiqincə təmsil edir. Ölkəmizdə “Network” sisteminin əsas bilicilərindən biridir.
Bir çox beynəlxalq tədbirlərin keçirilməsində rolu var.Şirkətin Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan, Türkmənistan kimi ölkələrində filiallarına dəstək verir.
Bu yaxınlarda da “Fohow” şirkətinin Heydər Əliyev Konqres Mərkəzində böyük tədbirlərindən biri təşkil olunub. Nuranə Tağıyeva da bu tədbirdə çıxış edib. O, xanımların iş adamına çevrilməsi yollarından danışıb.
Onların bu cür cəsarətli addımlar atmasının gələcəkləri üçün faydalı olacağını bildirib. O, “Network” sahəsində öz təcrübələrini bölüşüb. Bu biznes növünün xanımlar üçün uğurlu yol cızmasından danışıb.
N.Tağıyeva təkcə ölkəmizdə deyil digər ölkələrdə də keçirilən tədbirlərdə iştirak edir. Onun təcrübələri şirkətin fəaliyyətinə böyük dəstək verir. “Network” sahəsindəki böyük işləri daim nümunə kimi göstərilir.
N.Tağıyevanın 7 mindən çox distribütör var. Qafqazın demək olar ki, bütün şəhərlərində bu distribütörlərlə işləri var və xanım iş adamı onların fəaliyyətinə önəmli yerə sahibdir.
O, “Fohow” adına liderlik edərək tanıdılmasında öz bacarıqlarını əsirgəmir.










































