Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir

Baxış: 81
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir


Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.

Forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.

Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.