Bu sənəd olmadan artıq işə qəbul ola BİLMƏYƏCƏKSİNİZ
Tarix: 27-04-2026, 12:22
/
Baxış: 1 323
Vətəndaşlar işə qəbul edilərkən dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilən tibbi yoxlama haqqında rəy təqdim etməli olacaqlar.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməli olacaqlar.
Yuxarıda nəzərdə tutulmuş arayış və rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan ediləcək.
Həmçinin, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək:
- tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;
- işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.
Bununla yanaşı, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib./Ajans.az
Digər xəbərlər
Xəbər lenti
14:22
11-11-2026
11-11-2026
14:15
11-11-2026
11-11-2026
14:05
11-11-2026
11-11-2026
13:39
11-11-2026
11-11-2026
13:01
11-11-2026
11-11-2026
12:39
11-11-2026
11-11-2026
12:13
11-11-2026
11-11-2026
11:27
11-11-2026
11-11-2026
11:22
11-11-2026
11-11-2026
11:18
11-11-2026
11-11-2026
11:09
11-11-2026
11-11-2026
10:22
11-11-2026
11-11-2026
10:13
11-11-2026
11-11-2026
10:10
11-11-2026
11-11-2026
10:06
11-11-2026
11-11-2026
10:03
11-11-2026
11-11-2026
09:34
11-11-2026
11-11-2026
09:31
11-11-2026
11-11-2026
09:00
11-11-2026
11-11-2026
22:11
10-11-2026
10-11-2026
21:48
10-11-2026
10-11-2026
21:18
10-11-2026
10-11-2026
20:43
10-11-2026
10-11-2026
20:33
10-11-2026
10-11-2026
20:16
10-11-2026
10-11-2026
19:44
10-11-2026
10-11-2026
19:34
10-11-2026
10-11-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Müasir Fermerliyin Gücü – Daha Az Su, Daha Çox Bərəkət
10-11-2026 22:11
/
1 125
Torpağın Gələcəyi Dəqiq Əkinçilikdən Keçir
10-11-2026 21:48
/
900
Yeni Nəsil Əkinçilik – Bərəkətin Texnoloji Formulu
10-11-2026 21:18
/
927
Ağıllı Tarlalar, Güclü Məhsul, Dayanıqlı Gələcək
10-11-2026 20:43
/
747
Suya Qənaət, Torpağa Qayğı, Məhsula Güc
10-11-2026 20:33
/
972
Kənd Təsərrüfatında Yeni Dövr – Dəqiqlikdən Bərəkətə
10-11-2026 20:16
/
720








































