Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir sərəncam imzaladı: Hansı ərazilər yenidən qurulacaq? - VİDEO

Baxış: 120
Baş nazir sərəncam imzaladı: Hansı ərazilər yenidən qurulacaq? - VİDEO


Bakıda bəzi ərazilər yenidən qurulacaq.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.

Xəzər TV bildirir ki, yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər layihələndirmə işləri ilə əlaqədar bir neçə dəfə görüş keçirildiyini və yaşayış yerlərinin ölçüsünün götürüldüyünü bildiriblər.

Sakinlər əlavə ediblər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Baş Planına uyğun olaraq bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Ətraflı süjetdə:


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.