
"Donmuş Zövqlər Yayda da Mümkündür" – Ice Cabin Spa-da qeyri-adi yay təcrübəsi
Sahibkartv.az xəbər verir ki, yay fəslində belə temperaturu sıfır dərəcədə sabit saxlayan “Ice Cabin Spa” qeyri-adi istirahət təklif edir. Bu məkanda turistlər isti saunada bədəni isinib dərhal sonra donmuş göldə üzüb adrenalin dolu bir təcrübə yaşayırlar. Mərkəz yalnız fiziki rahatlıqla kifayətlənmir, həm də unikal qastronomik təqdimatları ilə diqqət çəkir.
Spa-nın yemək zonasında isə xüsusi diqqət çəkən seçim — soyuq sobada 3 saat saxlanmış “ağ somon tartar”dır. Bu yemək həm dad baxımından, həm də təqdimatı ilə yay günündə soyuğun və zərifliyin simvoluna çevrilir.



































