Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ADY qatarları yay qrafikinə keçir

Baxış: 128
ADY qatarları yay qrafikinə keçir


“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq 10 iyul 2025-ci il tarixindən etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Qrafikdən çıxarılan reyslər Bakı–Sumqayıt–Pirşağı–Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir.

Həmçinin Bakı–Xırdalan və Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqamətləri üzrə Bakı Dəmiryol Vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır.

Sahələrdə davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.