
Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının fəaliyyətində dönüş yaranıb, mütəşəkkil cinayətkarlıq, korrupsiya, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib.
Bunun nəticəsi olaraq Azərbaycan Polisinə verilən qiymət kimi 2 iyul - Polis Günü kimi hər il qeyd edilir.
Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, Azərbaycan polisinə göstərilən diqqət və qayğı nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, əməkdaşların sosial rifahı yaxşılaşdırılıb. Həyata keçirilən islahatlar polis əməkdaşlarının peşəkarlıq səviyyəsinin və məsuliyyət hissinin artmasına zəmin yaradıb.
Azərbaycan Polisi də dövlət tərəfindən göstərilən bu qayğını qarşılıqsız qoymur, hər zaman Vətən üçün əlindən gələni edir, xalqın təhlükəsizliyini təmin etmək üçün çalışır.
Onlardan biri də Balakən Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanovdur. Olduğu rayonda ictimai asayişin qorumasında xüsusi səy göstərən Ç.Aslanov daxili işlər naziri cənab Vilayət Eyvazovun bütün tapşırıqlarını dəqiq yerinə yetirir. O, verilən bütün tapşırıqlara həm öz, həm də polisləri ilə birlikdə ciddi diqqət yetirir. Çingiz Aslanov təkcə asayişi qorumur həm də Balakən rayonunda yardımsevər biri kimi tanınır.
Məsələn, o, təyinat aldıqdan sonra Vətən torpaqları uğrunda canını verən bütün şəhidlərimizə dərin ehtiramını göstərib. Ç.Aslanov onların əziz xatirəsini daim yad etməklə yanaşı “Şəhidlər bulağı” da inşa etdirib. Həmin bulaq həm istifadə edənlərin köməyinə gəlir, həm də ora gələn insanlara şəhidlərimizi yaddan çıxarmaması üçün vasitə olur.
Bununla yanaşı Rayon Polis Şöbəsinin rəisi həm də kəndlərdə, qəsəbələrdə asayişin təmin olunması üçün əlindən gələni edir. Buna misal olaraq o, rayona təyin edildikdən sonra Qabaqçöl qəsəbəsində polis bölməsinin açmasına nail olub. Bu isə istənilən halda insanları polisə daha da yaxınlaşdırır.
O, əhalinin polisə daha yaxın olması üçün bütün şəraitin yaradılmasına çalışır.
Çingiz Aslanov həm şəhid ailələri, həm qazilərlə daim maraqlanır. Onların aidiyyatı bütün problemlərinin həll olunmasına çalışır.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarını təbrik edirik, onlara çətin işlərində uğurlar arzulayırıq.





































