Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı

Baxış: 147
Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı


Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır.

Trend xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.

Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işlərini "Geno Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 5 731 611 manat ödənilib.

Qurum bir müddət əvvəl rayonun təzəbinə kəndində də 152 evin təmirinə 8,8 milyon manat ayrıb.

Qeyd edək ki, Xanyurdu kəndində qeyd olunan təmir işlərini aparacaq "Geno Group" Məhdud Məsuliyyətli Cəmiyyəti
2016-cı ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Soltanov Elçin Xanoğlan oğludur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.