Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir elmə və təhsilə az vəsaitin ayrılmasının səbəblərini açıqladı

Baxış: 176
Nazir elmə və təhsilə az vəsaitin ayrılmasının səbəblərini açıqladı



Dövlət büdcədə elm və təhsilə xərclər ayrılıqda göstərildiyindən bu sahəyə xərclərin az olduğu görünür, amma reallıqda bu belə deyil.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il ümumilikdə təhsil və elm  xərcləri 4,4 milyard manat olub və bu da  ÜDM-in 3,5-i deməkdir: “Beynəlxalq praktikada  elmin və təhsilin ÜDM-də payı 3-5 faiz təşkil edir”.

Nazir onu da əlavə edib ki, büdcədəki digər xərclərdə elmlə bağlı xərclər olub: “Gələcəkdə büdcə xərclərində elm və təhsilə ayrılan vəsaitin ayrıca göstərilməsini nəzərdə tuturuq”. 

Nazir elmə ayrılan vəsaitin xərclənməsinin az olmasının digər səbəbi kimi, elm sifarişlərinin icrası ilə bağlı olan məsələdir. “Amma gələcəkdə elmə vəsaitin ardıcıllıqla artırılmasının tərəfdarıyıq”, - nazir qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.