Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA

Baxış: 179
Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA


Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş gedişhaqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar gedişhaqqının azaldılmasını, bəziləri isə güzəştlərin tətbiqini təklif edir. 

 globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə məsələ qaldırılıb:

"Lakin onlar mövcud gedişhaqqının çəkilən xərclərə adekvat olmadığını bildirirlər. Məsələn, bəzi şirkətlər hesablamalarına əsasən, bir sərnişini yeni avtobusla daşımağın 0,85 AZN-ə başa gəldiyini deyir. Amma ödəniş 0,50 AZN-dir. Gözləyirlər ki, dövlət dotasiya ayırsın, onlara dəyən zərər ödənilsin. Paralel olaraq, hökumət də sahibkarın ziyanını qarşılamağa çalışır. Əvvəl 20-30 min manata köhnə avtobuslar gətirirdilər və rahat şəkildə xəttə çıxarırdılar. Bu gün onlar 20 qəpiyə də sərnişin daşısa, özlərinə sərf edir. Amma "Baku Bus" üçün gətirilən avtobusların dəyəri 300-400 min manatdır. Onlar sərnişini necə 30 qəpiyə daşısın? Bunun başqa iqtisadi izahı yoxdur".

Ekspert bildirib ki, gedişhaqqını dövlət tənzimləyir və bu, 50 qəpik civarında saxlanılır:

"Qalan pulu da dövlət sahibkara digər formada ödəməyə çalışır. Məsələn, subsidiyalar, dotasiyalar və sair ayırır. Gələcəkdə digər güzəştlərin də edilməsi nəzərdə tutulur - bura gedişhaqqı da daxildir. Məsələn, tələbələr, pensiyaçılar, şəhid ailələri, qazilər bu sırada yer alır. Həm də məsafəyə görə gedişhaqqının təyin edilməsi gündəmdədir. Müzakirələrdən sonra dəqiq biləcəyik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.