Yeni Dəniz Nəqliyyatı: Elektrik Gəmilər Dövrü Başlayır
20:11 / 15-03-2025
Süni Beyin Çipləri: İnsan və Kompüter Əlaqəsi Genişlənir
19:49 / 15-03-2025
Kosmik Tullantılar Problemi: Yeni Təmizləmə Sistemləri İşə Salınır
19:19 / 15-03-2025
Enerji Saxlama Texnologiyaları: Yeni Batareya Növləri İstehsal Edilir
18:51 / 15-03-2025
Smart Şəhərlər Yayımlanır
18:16 / 15-03-2025
Ətraf Mühit Üçün Yeni Filtr Sistemləri İşə Salınır
18:00 / 15-03-2025
Oyun Sənayesində Metaverse Genişlənir
17:48 / 15-03-2025
Alternativ Dərmanlar: Bitki Mənşəli Antibiyotiklər Populyarlaşır
17:17 / 15-03-2025
Avtomobil Sənayesində Yeni Trend: Günəş Panelli Nəqliyyat Vasitələri
16:47 / 15-03-2025
Tekstil Sənayesində Ekoloji İnqilab: Bioloji Parçalar Bazara Çıxır
16:24 / 15-03-2025
Kənd Təsərrüfatında Süni İntellekt: Ağıllı Fermerçilik Dövrü Başlayır
16:00 / 15-03-2025
Alternativ Zülal Mənbələri: Ət Sənayesinə Yeni Rəqiblər Yaranır
15:41 / 15-03-2025
3D Çap ilə İstehsal: Gələcəyin Fabrikləri Ənənəvi Metodları Dəyişdirir
15:21 / 15-03-2025
Balıqçılıqda Dayanıqlı Metodlar: Süni Akvakultura Böyük Populyarlıq Qazanır
14:44 / 15-03-2025
Toxumçuluqda Genetik Yeniliklər: İqlimə Dayanıqlı Bitkilər Əkilir
14:15 / 15-03-2025
Təbii Fəlakətlərə Qarşı Süni İntellekt İdarəetməsi
14:00 / 15-03-2025
Bostançılıqda Yeni Texnologiyalar: Torpaqsız Kənd Təsərrüfatı Populyarlaşır
13:43 / 15-03-2025
Sənaye 4.0: 2025-ci ildə Avtomatlaşdırma və Robotların Rolu Artır
13:17 / 15-03-2025
Şirniyyat Sənayesində Yeni Dövr: Şəkərsiz və Sağlam Alternativlər Trendi
13:00 / 15-03-2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi dəyişdirildi
12:02 / 15-03-2025
Prezident bu hərbi qulluqçuları təltif etdi
11:58 / 15-03-2025
Azərbaycanın D-8-ə qoşulması təsdiqləndi
11:51 / 15-03-2025
XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
10:44 / 15-03-2025
Qayda pozan sürücüləri gözləyən ən ağır cəza hansıdır? - RƏSMİ AÇIQLAMA
09:00 / 15-03-2025
Beynəlxalq Turizmdə Yeni Dövr: Rəqəmsal Pasportlar və AI Bələdçilər
22:12 / 14-03-2025
Qlobal Su Qıtlığı 2025-ci ildə Yeni Səviyyəyə Çatır
21:30 / 14-03-2025
Elektrikli Avtomobillər Üçün Qlobal Akkumulyator Yarışı Gərginləşir
20:41 / 14-03-2025
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaradılmasından 33 il ötür.
1991-ci ilin dekabrında keçmiş SSRİ DİN-in Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan DİN-nin tabeliyinə verilib.
Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb.
Belə ki, 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1 177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.
1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkənin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.
Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Bununla yanaşı Daxili Qoşunlar “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı 2015” birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqasının final matçı, “Texnofest Azərbaycan” Azərbaycanda keçirilərkən ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.
İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. Dörd nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra).
Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı daxili qoşunların 12 hərbi qulluqçusu şəhid olub.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-03-2025, 10:31 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
15-08-2024, 11:30
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 32 il ötür
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
17-08-2023, 16:28
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI
21-06-2023, 18:55
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - SİYAHI
12-12-2022, 08:00
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür
18-08-2022, 15:49
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
24-07-2022, 19:01
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
24-07-2022, 14:03
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
27-06-2022, 09:15
İlham Əliyev Kəlbəcərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib
7-10-2021, 13:49
Prezident bir qrup hərbi qulluqçunu təltif etdi - SİYAHI
27-09-2021, 08:29
Vətən müharibəsinin başlanmasından bir il ötür – UNUDULMAZ TARİXLƏR
9-09-2021, 22:07
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib – FOTO
28-08-2021, 18:11
İsmayıllı rayonunda şəhidlərin anım tədbirləri keçirilib - FOTO
19-08-2021, 16:45
Vladislav Safonov: “Rusiya sülhməramlıları Qarabağın Azərbaycan ərazisi olduğunu həmişə xatırlamalıdır” - FOTO
8-05-2021, 08:31
Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yeni qurumlar yaradılıb
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
12-03-2021, 18:17
İlham Əliyev yeni hərbi hissənin açılışında - YENİLƏNİB + FOTO/VİDEO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM