Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DYP-dən 8 martla bağlı yol hərəkəti iştirakçılarına müraciət

Baxış: 190
DYP-dən 8 martla bağlı yol hərəkəti iştirakçılarına müraciət


Baş DYP İdarəsi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladırıq.

Bu barədə Baş DYP İdarəsinin xanımlara müraciətində qeyd edilib.

Bildirilib ki, bu il 8 martın həftəsonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir. Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir.

"Sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər. Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər.

Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır.

Bayram günlərini xoş xatirələrlə yadda saxlamaq üçün yol hərəkəti qaydalarına əməl edək",-deyə müraciətdə əlavə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.