Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sumqayıtda polis maska və əlcəkdən istifadə etməyənlərə qarşı reyd keçirdi - FOTO

Baxış: 358
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı marketə maskasız daxil olan və buna göz yuman obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar.
Həmçinin, tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq məqsədi ilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib.  Supermarketlərdə maska və əlcəksiz işləyən kassirlər aşkar olunduğu təqdirdə isə həmin obyekt sahibi ciddi cəzalandırılıb. 
Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.