Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video

Baxış: 227
“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video


“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”.

“Qafqazinfo”nun məlumatına, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.

“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - deyə, onlar söyləyiblər.

İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.

Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, 42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/207829.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.