14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Dövlət İmtahan Mərkəzi (DİM) Gürcüstanda Azərbaycan dili müəllimlərinin hazırlanmasına dəstək olacaq.
Mərkəzdən verilən məlumata görə, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze ilə onlayn formada görüş keçirilib.
Görüşdə qurumlar arasında artıq iki ildir rəsmi şəkildə davam edən əməkdaşlığa dair qarşılıqlı məmnunluq ifadə edilib və həyata keçirilən işlərin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli olduğu vurğulanıb.
İclasda tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən gələcəkdə ortaq tədqiqatların aparılmasına dair irəli sürülmüş təşəbbüs NAEC nümayəndələri tərəfindən xoş qarşılanıb və görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.
Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib. Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:
- Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;
- Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;
- MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;
- MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.
Bu il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:
- MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
- DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması.
Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı diferensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.
Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 8-ci iclas Protokolunun müddəalarınının icrasına da töhfə verir.
Bölməyə aid digər xəbərlər