Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə kitablar hədiyyə edib

Baxış: 176
Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib.
"Sahibkartv.az" AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Bakı Kitab Mərkəzi və BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan "Yüksəl" təhsil layihəsi çərçivəsində keçirilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Bakı, Gəncə, Lənkəran və Şəkidə uşaq evləri, internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrində olub, Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.
Aksiyanın davamı olaraq martın 17-də Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram təqdim edilib, Gənclər Evinin kitabxanasına müxtəlif nəşrlər hədiyyə olunub.
Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında layihənin gənc nəslin fərdi inkişafında və dünyagörüşünün formalaşmasında vacibliyini vurğulayıblar.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.