Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 7,4 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır

Baxış: 246
2020/2021-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 200 nəfər Azərbaycan vətəndaşı dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci il hesabatında qeyd olunub.
Bu ölkələr sırasına Çin Xalq Respublikası, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Latviya, Türkiyə daxildir. Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 101 ölkəsində 7.4 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır.
Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.
Əcnəbi tələbələrin sayında 10% artım olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.