16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Bu barədə BŞTİ-nin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri Şahlar Əsgərov və İctimai Şuranın üzvləri iştirak ediblər.
Görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən işlərdən söhbət açılıb, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr müzakirə olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva mövcud şəraitdə tədris prosesinin təşkili, 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərinə toxunan M.Vəliyeva təhsil sahəsində mühüm dəyişikliklərin olacağına inamını ifadə edib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə təklif və tövsiyələrini səsləndiriblər.
Müzakirələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Bölməyə aid digər xəbərlər