
Sahibkartv.az xəbər verir ki, bu süni intellekt əsaslı platforma tələbələrin bilik səviyyəsini, qabiliyyətlərini, maraq dairələrini və hətta psixoloji xüsusiyyətlərini dərin təhlil edərək onlara ən uyğun peşə sahələrini tövsiyə edir. Sistem şagird və tələbələrin verdiyi cavabları, seçdikləri dərsləri, əldə etdikləri nəticələri və sosial davranış modellərini təhlil etməklə onların gələcəkdə uğur qazana biləcəkləri peşələri müəyyən edir. Bu yanaşma yalnız akademik göstəricilərlə məhdudlaşmır, eyni zamanda tələbənin emosional zəkanı, ünsiyyət bacarıqları və liderlik potensialı kimi vacib faktorları da nəzərə alır. Platforma eyni zamanda tələbəyə uyğun gələn ixtisas üzrə yerli və beynəlxalq təhsil müəssisələrini sıralayır, təqaüd imkanlarını və qəbul şərtlərini də göstərir. Beləliklə, bu texnologiya tələbələrə yalnız ixtisas seçimi deyil, həm də gələcək karyera planlaması üçün strateji yol xəritəsi təqdim edir. Bu isə həm valideynlər, həm müəllimlər, həm də gənclər üçün böyük bir dəstəkdir.





































