Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMEA-nın iki institutunun direktoru işdən çıxarılıb

Baxış: 398
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev öz xahişi ilə vəzifəsindən çıxıb.
Sahibkartv xəbər verir ki, o, AMEA-nın müşaviri təyin edilib.
Akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.
Həmçinin akademik Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq edilib. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədovtəyin olunub.
Akademik Şahin Mustafayev yenidən akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimovanın həmin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin isə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini kimi təsdiqlənib.
İqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva öz xahişi ilə İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva öz xahişi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasından xaric edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.