Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MİQ-nin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb

Baxış: 315
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb.
Təhsil Nazirliyindən bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər.
Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Namizədlər aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərlər: https://www.miq.edu.az/movzular
Hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.