19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
“Media könüllüləri -145” layihəsi çərçivəsində hərbi jurnalistika ilə bağlı onlayn seminarlar başa çatıb.
Aldığımız məlumata görə, seminarlarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 26 tələbəsi iştirak edib.
Son seminarda Global Journalism Council təşkilatının rəhbəri Mehmet Ali Dim, Tərəfsiz Jurnalistlər Birliyinin sədri, layihə rəhbəri Elşad Eyvazlı, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev də iştirak edib.
Onlayn görüşün moderatoru Samir Mirzəyev iştirakçıları salamlayaraq təlimin əhəmiyyətini vurğulayıb və sözü Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya verib. O, son dörd ildə Jurnalistika fakültəsində hərbi jurnalistika sahəsində tələbələrin maariflənməsi yönündə görülən işlər barədə qısa məlumat verib. Qeyd edib ki, “Media könüllüləri - 145” layihəsi çərçivəsində bundan sonra da ardıcıl şəkildə tələbələrin peşəkar jurnalist kimi yetişmələrinə dəstək olacaq müxtəlif maraqlı təlimlər təşkil ediləcək. Daha sonra çıxış edən Global Journalism Council təşkilatının rəhbəri Mehmet Ali Dim də hərbi jurnalistikanın son dərəcə vacib və əhəmiyyətli sahə olduğunu bildirib. O, gənc jurnalist-tələbələrin bu sahəyə olan marağının əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın bu sahədə görüləcək işlərə daim dəstək verəcəyini açıqlayıb.
Görüşdə təlimçi kimi iştirak edən dünyanın tanınmış savaş jurnalisti İrfan Sapmaz öz bilik və təcrübəsini azərbaycanlı tələbələrlə bölüşüb. O, dünyanın əksər qaynar nöqtələrində, o cümlədən 1990-cı illərdə Kəlbəcər, Şuşa, Laçın, Zəngilan rayonlarında hərbi jurnalist kimi fəaliyyət göstərdiyini qeyd edib. İrfan Sapmaz I Qarabağ müharibəsi ilə 27 sentyabr-10 noyabr tarixlərində baş verən Vətən müharibəsinin media baxış bucağı kontekstindən fərqlərini izah edib. O, sonda tələbələri maraqlandıran sualları cavablandırıb.
Yekunda çıxış edən Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı “Media könüllüləri - 145” layihəsinin uğurlu layihə olduğunu vurğulayıb. O, layihə çərçivəsində bu kimi tədbirlərin davamlı olacağını bildirib.
Tələbələr keçirilən hər 3 seminardan razı qalıb və məmnuniyyətlərini bildiriblər.
Seminarlarda iştirak edən könüllülərə Global Journalism Council təşkilatının sertfikatları veriləcək. Eyni zamanda, "Media Könüllüləri -145 " layihəsində fəallığı ilə fərqlənən tələbələr jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. Layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə icra olunan bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir.
Bölməyə aid digər xəbərlər