Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi təşkil olunub

Baxış: 201

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

DİM-dən imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Bakıda 864, Naxçıvan isə 30 namizədin imtahan verəcəyi gözlənilirdi.

Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.