Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib – FOTO

Baxış: 386

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.
Müşavirədə Operativ Qərargahın üzvləri ilə bərabər şəhər və rayonların icra hakimiyyəti başçıları, polis şöbələrinin rəisləri, baş həkimlər iştirak ediblər.
Müşavirənin gündəliyindəki iki məsələ - ölkə üzrə peyvəndlənmə prosesinin gedişi və xüsusi karantin rejimində şənlik mərasimlərinin – toy, nişan və s. tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarına nəzarət məsələləri müzakirə olunub.
Baş nazir Əli Əsədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Operativ Qərargahın yaradıldığı dövr ərzində əhalinin sağlamlığının qorunması üçün bütün imkanlar səfərbər edilərək xəstəliklə mübarizəyə cəlb olunub, o cümlədən səhiyyə orqanlarının bütün maddi təminatı ödənilib, habelə yoluxmanın və sağalmanın dinamikasına uyğun olaraq xüsusi karantin rejiminin gücləndirilməsi və yumşaldılması üzrə inzibati tədbirlər görülüb.
Xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin iqtisadiyyata göstərdiyi təzyiqə baxmayaraq, dövlət başçısının elan etdiyi prinsip - vətəndaşların sağlamlığı əsas prinsip kimi tətbiq olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.