22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
9 İyul 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mediasında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “Azerbaijan keeping strong in achieving “2030 Agenda” in South Caucasus despite challenges” adlı məqaləsi dərc olunub və onu da qeyd edək ki, həmin yazı yüksək baxış sayına nail olub.
Sahibkartv.az xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə yüksək səviyyəli əməkdaşlığına, ölkəmizin 2000-ci ildən BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla icra etməsinə, 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunan “2030 Gündəliyi”nin fəal iştirakçısına çevrilməsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olunması istiqamətində görülən işlərə dair məlumatlar öz əksini tapıb.
Xüsusilə Azərbaycanın 2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal toplayaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə lider olaraq qərarlaşması diqqətəlayiq məqamlardandır.
Millət vəkili eyni zamanda Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qələbəsinin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulmasını qeyd edərək illərdən bəri ilk dəfə ölkəmizdə DİM-16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyişin qeydə alınmasını vurğulayıb.
Həmçinin M.Əfəndiyev Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı törədilən ekoloji terrora son qoyulduğunu, ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması, habelə işğaldan azad olunmuş torpaqlarda yaşayacaq insanlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətlə və yüksək səviyyədə aparıldığını da xüsusi qeyd edib.
Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
https://www.eureporter.co/world/azerbaijan-world/2021/07/09/azerbaijan-keeping-strong-in-achieving-2030-agenda-in-south-caucasus-despite-challenges/
Bölməyə aid digər xəbərlər