Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

Baxış: 479
Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətindən  verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.
Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.
Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.