
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.
Görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb, hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.







































