
Bu gün Milli Məclisin payız sessiyası başlayır.
Sentyabrın 30-da qanunverici orqanın ilk plenar iclası keçiriləcək.
Toplantının gündəliyinə 16 məsələ daxil edilib.
Parlamentin komitələrinin iclaslarının keçirilməsinə isə sentyabrın əvvəlindən başlanılıb.
Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.







































