Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Baxış: 90
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib


Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat verilib.

Bildirilib ki, görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.

Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.

Humanitar sahədə həyata keçirilən təşəbbüslərin, o cümlədən Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihənin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov iştirak edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.