Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədəki rus qızlarla bağlı Jirinovskidən ŞOK TƏKLİF

Baxış: 283
Xaricdə yaşayan ruslara Rusiya pasportlarının verilməsini asanlaşdırmaq lazımdır. Bu, rusların yaşadığı ölkələrdə siyasətə təsir etməyə imkan verəcək. xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Biz rus diasporunun təsirini qiymətləndirmirik. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, Türkiyə. Orada 120 min rus yaşayır, əksəriyyəti isə qadınlardır. Onlar orada kifayət qədər nüfuzlu icma formalaşdırıblar. Bu qadınlar daimi olaraq Rusiya ilə əlaqə axtarırlar. Onlar mənə müraciət ediblər”, - deyə o bildirib.
Jirinovski ABŞ-dakı erməni diasporu ilə bağlı xatırlatma da edib:
“Erməni lobbisi o qədər nüfuzludur ki, bir dəfə praktiki olaraq prezidentliyə namizədini irəli sürüb. Konqresdə erməni kokusu fəaliyyət göstərir. Bu 100 konqresmenin daxil olduğu alt komitədir. Keçmiş dövlət katibi Con Kerri də onun tərkibində idi. ABŞ-da ruslar ermənilərdən də çoxdur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.