Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Ömer Çelik: “Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik”

“Qardaş Azərbaycana və ölkədəki 48 partiyaya təşəkkürümüzü bildiririk”.
“HaberGlobal”ın məlumatına görə, bu barədə AK Parti sözcüsü Ömer Çelik ABŞ Prezidenti Co Baydenin erməni “soyqırımı” ifadəsinə münasibət bildirərkən deyib.
O, “soyqırımı” ifadəsini əsla qəbul etmədiyini bəyan edib.
“Bu ifadədən istifadə edənləri şiddətli şəkildə qınayırıq. Bu məsuliyyətsiz, heç bir hüquqi təməli və tarixi əsası olmayan yanaşmadır”, - deyə sözçü əlavə edib.
Ömer Çelik Bakının sərgilədiyi münasibətə də münasibətini bildirib.
“Bu məsələdə bizim yanımızda oldular. Bir daha iki dövlət və bir millət olduğumuzu hiss etdik”, - deyə o qeyd edib.


Tarix: 28-04-2021, 13:06 Oxunub: 117


Bölməyə aid digər xəbərlər