18:13 / 08-11-2024
13:11 / 08-11-2024
13:00 / 08-11-2024
10:00 / 08-11-2024
09:30 / 08-11-2024
09:15 / 08-11-2024
09:09 / 08-11-2024
09:00 / 08-11-2024
21:39 / 07-11-2024
21:00 / 07-11-2024
20:42 / 07-11-2024
20:17 / 07-11-2024
19:43 / 07-11-2024
19:00 / 07-11-2024
18:45 / 07-11-2024
18:00 / 07-11-2024
17:44 / 07-11-2024
17:16 / 07-11-2024
16:42 / 07-11-2024
16:00 / 07-11-2024
15:30 / 07-11-2024
14:22 / 07-11-2024
14:22 / 07-11-2024
14:10 / 07-11-2024
13:39 / 07-11-2024
13:09 / 07-11-2024
13:04 / 07-11-2024
12:37 / 07-11-2024
12:33 / 07-11-2024
12:30 / 07-11-2024
12:26 / 07-11-2024
11:37 / 07-11-2024
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yaradılmasına başlanılıb.
Sahibkartv.az-ın məlumatına görə, üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair tələblər aydınlaşdırılıb.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədliyini irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 05.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək nazirlikdə yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.
Müraciətə namizədlə əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2. Namizədin tərcümeyi-halı;
3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
4. Namizədin humanitar, xüsusən hüquq sahəsi üzrə təhsilə və təcrübəyə malik olmasını sübut edən sənədin surəti (diplom, əmək kitabçası).
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Sənədlər Nazirliyin Katibliyinə elektron poçt (info@mia.gov.az) vasitəsilə təqdim olunmalıdır.
Əlaqə telefonları: (+99412) 590-92-28, 590-91-03.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar aşağıdakı tərkibdə seçki komissiyası yaradılmışdır:
Komissiyanın sədri:
İsmət Əliyev - Nazir müavini;
Komissiyanın üzvləri:
Elçin Məmmədli - Şəxsi Heyətlə İş İdarəsinin rəisi;
Elşad Hacıyev - Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi;
Əbülfət Həsənov - Katibliyin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin bölmə rəisi;
Leyla Xəlilova - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin nümayəndəsi;
Alı Mustafayev - “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin nümayəndəsi;
Təbriz Yusubov - “Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin nümayəndəsi;
Gülşən Bəhramlı - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin nümayəndəsi;
Ülvi Məmmədəliyev - “Həyat” Humanitar Dəstək ictimai birliyinin nümayəndəsi.
Bölməyə aid digər xəbərlər