Day, Month 00, Year
00: 00: 00 AM
Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.
Bu barədə qərar “Resmi gazete”də yayımlanıb.
“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Müdafiə Sənayesi sahəsində Əməkdaşlıq” sazişi 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.
Türkiyə Prezidenti 5 aprel 2021-ci il tarixli sərəncamı ilə ölkələrimiz arasında imzalanmış sazişi təsdiq edib.
Xatırladaq ki, 2017-ci ilin oktyabrın 31-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Müdafiə naziri Zakir Həsənov və həmin dövrdə Türkiyə Milli Müdafiə naziri olmuş Nurettin Canikli imzalayıb.


Tarix: 6-04-2021, 11:17 Oxunub: 140


Bölməyə aid digər xəbərlər