İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
Tarix: 18-03-2026, 10:35
/
Baxış: 783
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığında deyilir:
"Hörmətli cənab Baş nazir.
Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır.
Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur.
Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 17-də 93 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
Digər xəbərlər
Xəbər lenti
15:46
14-10-2026
14-10-2026
15:17
14-10-2026
14-10-2026
15:00
14-10-2026
14-10-2026
13:32
14-10-2026
14-10-2026
13:11
14-10-2026
14-10-2026
12:37
14-10-2026
14-10-2026
12:33
14-10-2026
14-10-2026
12:12
14-10-2026
14-10-2026
12:02
14-10-2026
14-10-2026
11:59
14-10-2026
14-10-2026
11:55
14-10-2026
14-10-2026
11:51
14-10-2026
14-10-2026
11:48
14-10-2026
14-10-2026
11:17
14-10-2026
14-10-2026
11:07
14-10-2026
14-10-2026
10:47
14-10-2026
14-10-2026
10:43
14-10-2026
14-10-2026
10:01
14-10-2026
14-10-2026
09:57
14-10-2026
14-10-2026
09:29
14-10-2026
14-10-2026
09:26
14-10-2026
14-10-2026
09:00
14-10-2026
14-10-2026
22:11
13-10-2026
13-10-2026
21:48
13-10-2026
13-10-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Fermerlərin yeni qazanc formulu su ilə başlayır
14-10-2026 15:46
/
972
Torpağın susuzluğu bazarın boşalmasına səbəb olur
14-10-2026 15:17
/
1 053
Sahibkarlar niyə suvarma texnologiyalarına üz tutur?
14-10-2026 15:00
/
1 143
2026-da suyu idarə edən fermer bazarı idarə edir
13-10-2026 22:11
/
1 224
Əkinçilikdə gəliri artıran ən sakit yenilik
13-10-2026 21:48
/
972
Suvarma sistemləri kənd təsərrüfatında yeni rəqabət yaradır
13-10-2026 21:18
/
1 098








































