Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək

Baxış: 99
ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı, ABŞ-ın Dövlət katibi və ABŞ-ın İtaliyadakı səfiri də daxil olacaq.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.

Xatırladaq ki, yanvarın sonunda Tramp Devid Vensin Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.