Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Baxış: 90
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi


Məlum olduğu kimi, Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-ü saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

“Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycanın dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir”, - məlumatda vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.