Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"

Baxış: 81
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"


Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesinə dair diqqətçəkən bəyanatlarla çıxış edib.

Erməni diplomat rəsmi Bakı ilə artıq sülh mühitinin formalaşdığını və Ankara ilə diplomatik kanallarda böyük irəliləyişlərin əldə olunduğunu bildirib.

Mirzoyan çıxışında deyib: "Bizim Azərbaycanla artıq sülhümüz var, baxmayaraq ki, tam yekunlaşdırmaq üçün hələ bir neçə addım atmaq lazımdır. Eyni zamanda Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Hələlik sərhəd bağlıdır, lakin düşünürəm ki, proses artıq kifayət qədər irəliləyib və tamamilə mümkündür ki, sabah səhər yuxudan oyandıqda xəbərlərdə "Ermənistan-Türkiyə sərhədi açıldı" başlığını görək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.