
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar etiraz bəyanatı qəbul ediləcək.
Bəyanatın hazırlanması üçün parlamentdə komissiya yaradılıb.
Spiker Sahibə Qafarovanın təklifi ilə komissiyanın sədri: deputat Şahin İsmayılov, komissiyanın üzvləri: deputat Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov, deputat Zaur Şükürüov, deputat Pərvanə Vəliyeva təyin olunub.



































