Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aleksandr Qusev: “Bakı Rusiya və Türkiyə ilə münasibətlərdə kompromis tapa biləcək”

Baxış: 464
Rusiya və Türkiyə Qarabağ da daxil olmaqla bir çox məsələlərdə əməkdaşlıq edirlər. Biz Türkiyə tərəfinin əhəmiyyətini və rolunu başa düşürük.
Bu sözləri Rusiya Elmlər Akademiyasının (REA) professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev Media.Az-a müsahibəsində bildirib.
O, Vaşinqtonun Ankaraya münasibətinə gəlincə isə bunun xüsusi məqam olduğunu deyib: “Ağ Evin hazırkı rəhbərliyi Türkiyədən bir qədər uzaqlaşacaq, Avropa ölkələrinin mövqeyini dəstəkləyəcək. Co Bayden Avropanı çox sevir və bu baxımdan Barak Obamaya bənzəyir. Beləliklə Vaşinqtonun Ankara ilə kifayət qədər mürəkkəb münasibətləri olacaq”, - deyə o, proqnoz verib.
Ekspert həmçinin Türkiyə tərəfinin xarici siyasət tendensiyasını bir qədər dəyişdirəcəyi barədə fikirlər irəli sürüb. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına qəbul olunmayacağını çoxdan başa düşüb. Avropalılar və amerikalılarla münasibətlər son illərdə pisləşib”, - deyə o bildirib.
A.Qusev Moskvanın da öz növbəsində Türkiyə Cümhuriyyətinin regiondakı və İslam dünyasındakı rolunu, əhəmiyyətini çox yaxşı başa düşdüyünü vurğulayıb: “Buna görə amerikalılar və avropalılar üçün Türkiyə ilə Rusiya arasında heç bir ittifaqın olmaması vacibdir, bu tandemi hər zaman pozacaqlar. Ancaq bu, Qərbin Moskvaya nisbətdə Ankara ilə münasibətini gücləndirəcəyi anlamına gəlmir”.
REA professoru bununla birlikdə Ərdoğanın postsovet məkanında, o cümlədən Azərbaycanda Türkiyə maraqlarını təşviq etmək üçün öz baxışının olduğunu qeyd edib.
“Bakı isə, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin təcrübəsini nəzərə alsaq, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə faydalı kompromis tapa biləcək”, - deyə A.Qusev sözlərini yekunlaşdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.