Azərbaycan üçün dünyaya yeni inteqrasiya marşrutu
Tarix: 19-08-2025, 16:00
/
Baxış: 276
Aydın Hüseynov: “Zəngəzur dəhlizi Qarabağın iqtisadi potensialına da böyük töhfə verəcək”
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra imzaladıqları bəyannamə Bakı və İrəvanın sülh arzusunu vurğulamaqla yanaşı, Zəngəzur dəhlizinin (TRIPP) açılması məsələsini özündə əks etdirir.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın dünyaya yeni bir bağlantısının meydana gəlməsi olacaq. Təsadüfi deyil ki, Zəngəzur dəhlizi əməkdaşlıq və sülh dəhlizi kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyev “Fox News” telekanalına müsahibəsində də Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeyd edib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Aydın Hüseynov
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm bütövlükdə regionda iqtisadi inkişafa, həm də Azərbaycanın dünya ilə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək: “Eyni zamanda bu, bir tərəfdən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası, Naxçıvanın da inkişafı deməkdir. Digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə, Orta dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq. Bu, eyni zamanda Türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla, bütövlükdə Türk dünyasının iqtisadi inkişafına, Azərbaycanın dünyaya çıxışına əlavə imkanlar açacaq”.
Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Azərbaycan dövləti buna öz prezidentinin qətiyyəti, diplomatik müstəvidə misilsiz mübarizəsi ilə nail olmağı bacardı. Dünyada siyasi çəkisi, nüfuzu artan, iqtisadi qüdrəti getdikcə yüksələn Azərbaycan geosiyasi və geoiqtisadi imkanlarının daha da genişlənməsini mühüm prioritet məsələ kimi müəyyənləşdirib. Şanlı zəfərdən sonra yaranmış yeni reallıqlar bütün bu proseslərin uğurlu getməsi üçün əlverişli imkan yaratdı. Bu gün Azərbaycan beynəlxalq miqyaslı transmilli layihələrin reallaşmasında da aktiv rol oynayır. İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə Asiya arasında ticarət körpüləri yaradır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bu proseslərə mühüm töhfəsini verir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz gün azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. Bu dəhliz həm də tarixi Böyük İpək Yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizi həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyət daşıyacaq. Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Deməli, bu dəhliz Azərbaycanı Avropa üçün də bağlayan yeni bir marşrut olacaq. Ən önəmlisi odur ki, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək”.
Yazını hazırladı: Etibar SEYİDAĞA
Digər xəbərlər
Xəbər lenti
14:00
10-01-2026
10-01-2026
13:22
10-01-2026
10-01-2026
13:00
10-01-2026
10-01-2026
12:44
10-01-2026
10-01-2026
12:17
10-01-2026
10-01-2026
12:00
10-01-2026
10-01-2026
11:47
10-01-2026
10-01-2026
11:33
10-01-2026
10-01-2026
09:55
10-01-2026
10-01-2026
09:46
10-01-2026
10-01-2026
09:41
10-01-2026
10-01-2026
09:37
10-01-2026
10-01-2026
21:18
09-01-2026
09-01-2026
20:43
09-01-2026
09-01-2026
20:33
09-01-2026
09-01-2026
20:16
09-01-2026
09-01-2026
19:44
09-01-2026
09-01-2026
18:51
09-01-2026
09-01-2026
18:31
09-01-2026
09-01-2026
17:49
09-01-2026
09-01-2026
17:33
09-01-2026
09-01-2026
17:17
09-01-2026
09-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı ildə Ev Ticarətindən Sahibkarlığa Uzanan Yeni Biznes Strategiyaları”
09-01-2026 22:11
/
135
“Sahibkarlar Ev Ticarətini Rəqəmsal Marketinq ilə Brend Satışa Çevirir”
09-01-2026 21:48
/
126
“Ev Ticarətində Kiçik Sahibkarlardan Brend Liderliyinə Keçid”
09-01-2026 21:18
/
117
“2026: Ev Ticarətində Sahibkarlar üçün Rəqəmsal Gəlir İnqilabı”
09-01-2026 20:43
/
117
“Sahibkarlıqda Ev Alqı-Satqısı və Premium Ticarət Sinergiyası”
09-01-2026 20:33
/
108
“Kiçik Ev Satıcılarından Regional Brend Sahibkarlığına Yeni Addım”
09-01-2026 20:16
/
117



































