Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əli Əsədov yeni qərar imzaladı

Baxış: 169
Əli Əsədov yeni qərar imzaladı


Nazirlər Kabineti “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nı təsdiq edib. 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı və həmin mallara dair xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlar verilib. 

Qərar malların “Texniki tənzimləmə haqqında” qanuna əsasən qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tələblərinə uyğunluğuna istehlak bazarında nəzarətin həyata keçirilməsinə şərait yaradacaq. ​​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.