Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Baxış: 194

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb. 

 Məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.